Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş ağrısını dərmansız sağalt

Baş ağrısını dərmansız sağalt

Tarix: 23 Yanvar 2022 12:48

Bir çox insan gündə bir neçə dəfə baş ağrısından şikayətlənir. Bəzən bu vəziyyət dözülməz hal alaraq, bütün günü davam edir, daha güclənir, ürəkbulanma, iştahsızlıq yaradır.

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu cür ağrını yaradan bir çox səbəblər var. Buna hava şəraiti, yorğunluq və sair amillər təsir edə bilər.

Bəs baş ağrısını necə aradan qaldırmaq olar?

Tək çarənin dərman olduğunu düşünməyin. Güclü ağrıları təbii vasitələrlə də aradan qaldırmaq olur.

İlk növbədə ağrıya kofein müsbət təsir edə bilər. Baş ağrısını kəsmək üçün kofe və ya kofein tərkibli çay içə bilərsiniz.

Boynun arxasına və ya alına isti kompres edə bilərsiniz. Bu gərginliyi aradan qaldıra bilər. Bəzi insanlar isə bunu soyuq su ilə kopres edərək edə bilərlər.

Yoqa baş ağrısı üçün ən effektli vasitədir. Yüngül boyun hərəkətləri ilə ağrını aradan qaldıra bilərsiniz.

Hind qozu şirəsi və quyu suyu baş ağrısına təsir edir. Bu, həm də stressi azaldır.

Hər gün təmiz havada gəzmək, qaçmaq, üzmə kimi idman növləri baş ağrısını tamamilə aradan qaldırır. Qaranlıq otaqda 15 dəqiqə sakit uzanmaq da ağrını azaldır.


Etiketlər:  Baş ağrısını dərmansız sağalt


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ