Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2019 13:45
Bakı. Trend:
Hesab.az portalında avqust ayının 15-də başlayan hərrac artıq başa çatdı. Dəyərli elektronik məhsullardan mobil telefonlar, DVD, Smart saatlar, yaddaş kartları kimi onlarla hədiyyə uğrunda qızğın mübarizə getdi. Hərracda yüzlərlə dəyərli hədiyyələr öz qaliblərini tapdı. Olduqca həyəcanlı mübarizə ilə keçən hərrac gözləniləndən də tez yekunlaşdı.
Məlumat üçün qeyd etmək istərdik ki, Hesab.az portalında hərrac artıq uzun müddətdir ildə bir neçə dəfə həyata keçirilir. Növbəti hərrac üçün istifadəçilər artıq səbirsizlənir və nə vaxt olacağı ilə maraqlanırlar.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı/ödənişi mümkündür.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin