Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2022 13:46
Köşə yazarı Mark Katz ABŞ-ın parçalanmasına gətirib çıxaracaq vətəndaş müharibəsi ssenarisini təsvir edib.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, o, bu barədə "Nəşnl İnterest" qəzetində yazıb.
"Bu necə baş verə bilər? Birləşmiş Ştatlar 2040-cı illərdə əsasən ağdərili əhalidən qaradərili əhaliyə demoqrafik keçid prosesində olacaq. Ağ amerikalılar, xüsusən də mühafizəkarlar, hakimiyyəti könüllü şəkildə verməyə razı olmayacaqlar. Əvəzində onlar status-kvonu - cəmiyyətdəki dominant mövqelərini zorla saxlamağa çalışacaqlar", - deyə müəllif qeyd edib.
O bildirib ki, Vaşinqton üçün ən pis ssenari vətəndaş iğtişaşları ilə ölkənin dağılmasıdır:
"Bu, digər böyük dövlətlərə Amerikanın süqutu ilə beynəlxalq arenada yaranmış boşluğu doldurmağa imkan verəcək".