Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2022 23:26
2021-ci ildə macar və xorvat ailələrinin 91 faizindən çoxu öz evlərində yaşayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Avropa İttifaqı Statistika Agentliyinin son məlumatları bunu təsdiq edir. Macarlar bu göstərici üzrə yalnız öz qonşuları rumın və slovaklardan geri qalırlar. Rumıniyada öz evlərində yaşayan sakinlərin sayı 91 faizə, Slovakiyada isə 92 faizə çatıb.
Müqayisə üçün bildirək ki, Almaniya əhalisinin yalnız yarısı öz evlərində, digər yarısı isə kirayə mənzillərdə yaşayır. Avstriyada və Danimarkada bu göstərici, müvafiq surətdə, 55 faizə və 59 faizə bərabərdir. Keçən il Avropa İttifaqı əhalisinin təqribən 70 faizi öz evləri olan təsərrüfatlarda, qalan 30 faizi isə icarəyə götürülmüş mənzillərdə yaşayıblar.