Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Birinci vitse-prezident Mehriban Əliyeva Fatma Səttarovanı 100 illik yubileyi münasibəti ilə təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Fatma Səttarovanı 100 illik yubileyi münasibəti ilə təbrik edib

Tarix: 25 Yanvar 2022 11:54

Birinci vitse-prezident Mehriban Əliyeva Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarovanı 100 illik yubileyi münasibəti ilə təbrik edib.

Milli.Az xəbər verir ki, təbrikdə deyilir:

"Əziz Fatma xanım!

Sizi 100 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizə ən xoş arzularımı çatdırıram! Sizin parlaq şəxsiyyətiniz və həyat yolunuz heyranlıq doğurur! Biz Sizi çox sevirik, Sizinlə fəxr edirik! Uca Tanrı Sizə bundan sonra da tükənməz enerji, gümrahlıq və nikbinlik dolu neçə-neçə illər bəxş etsin. Bu əlamətdar gündə Sizə və doğmalarınıza möhkəm cansağlığı, nurlu, xoş günlər və səadət arzulayıram!

Dərin hörmətlə, Mehriban".

Milli.Az


Etiketlər:  Birinci vitse prezident Mehriban Əliyeva Fatma Səttarovanı 100 illik yubileyi münasibəti ilə təbrik edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ