Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2019 14:56
Bakı. Trend:
Əfqanıstan polisi təxminən 400 əcnəbini Kabildəki "Green Village" kompleksindən təxliyə edib.
Trend-in məlumatına görə, buna səbəb kompleks yaxınlığında baş vermiş partlayış və daha sonra orada başlamış etriaz aksiyaları səbəb olub. Təxliyə olunanların vətəndaşlığı açıqlanmır.
Qeyd edək ki, "Green Village" yaxınlığında çox sayda xarici şirkət yerləşir.
Xatırladaq ki, ötən gün bu rayonda baş vermiş partlayış nəticəsində 16 nəfər həlak olub, daha 119 nəfər isə yaralanıb.
"Taliban" radikal qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin