Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Uşaq evində böyümüşəm, müəllimlər yeməyimizi öz yetimçələrinə aparırdılar” - müğənni Hiss

“Uşaq evində böyümüşəm, müəllimlər yeməyimizi öz yetimçələrinə aparırdılar” - müğənni Hiss

Tarix: 25 Yanvar 2022 23:45

"Üç yaşımdan qardaş-bacımla uşaq evində böyümüşük. Bunu heç vaxt gizlətməmişəm".

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu müğənni Hiss (Röya Məmmədova) "Popumuz var" verilişində ilk dəfə uşaq evində böyüməsi ilə bağlı danışarkən deyib.

Hiss bildirib ki, uşaq evindən çıxan uğurlu gənclərimiz də var, təəssüf ki, intihar edənlər, pis yola, həbsə düşənlər daha çoxdur: "Mən o qardaş-bacılarıma örnək ola bilərəm ki, yanınızda heç kim olmadan da istədiyiniz yerə gedib çıxa bilərsiniz. Özünüzə inanın. Sizə ailə lazım deyil. Nə ailə?"

O qeyd edib ki, uşaq evində vəziyyət pisdir: "Mən yaşadığım yer yaxşı idi. Uşaqların dünyagörüşünü inkişaf etdirmirlər. Onlara maaş kimi baxırlar, gəldi, yedirtdi, getdi. Onlara əşya kimi baxırlar, gələcəyini düşünmürlər, şəxsiyyət kimi yanaşmırlar. Orada yüzlərlə uşaq var, necə tərbiyə etsinlər? Öz uşaqları kimi yanaşmırlar".

Müğənni 15 yaşında "Sən bir nəğməsən" yarışmasında oxuduğunu deyib: "Orada uşaq evindən olan uşaqlar var idi. Başqa uşaqlar kotleti salfetə bükürdü, deyirdim, sən niyə elə edirsən? Deyirdi ki, qardaşıma aparıram. Qayıdanda maşında çıxarırdı, iyləyirdi, təzədən qoyurdu yerinə. Düşünürdüm ki, dəlidir.

İndi düşünürəm ki, ət görmürdü axı, yazıq neyləsin? Uşaq evində qida, geyim çatışmazlıqları var idi. Aparırdılar öz yetimçələrinə - üzr istəyirəm, uşaqlarına. İnsan kimi insanlar var idi, lakin çoxu görməmiş idi. Həmin müəllimlər də görməyib. Nə var aparırdılar - elə bil ayıdırlar, qışa tədarük görürlər. Özlərinin də dünyagörüşü yoxdur, görməmişdirlər".


Etiketlər:  Uşaq evində böyümüşəm müəllimlər yeməyimizi yetimçələrinə aparırdılar müğənni Hiss


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ