Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Maşınımı və yoldaşımın qızıllarını satdım” - VİDEO

“Maşınımı və yoldaşımın qızıllarını satdım” - VİDEO

Tarix: 26 Yanvar 2022 17:00

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı müğənni Tacir Şahmalıoğlu olub.

İfaçı pandemiyanın kəskin dövründə maddi çətinlik çəkdiyini etiraf edib:

"Pandemiya düşəndə ailəmi götürüb, Ramanadakı bağ evimizə getdik. Fikirləşirdim ki, bizə kömək edəcəklər, toy olacaq, o da olmadı. Toylara son qoyuldu. Ömür boyu evimiz qonaqlı olub. Qonaq gəlməyəndə darıxırıq. Hər gün bizdə yeyib-içmək olurdu. Maddi cəhətdən baxanda yemək-içmək çöldən pul ilə alınır. Birdən ayıldım ki, 30 min borcum var. Dostlarım sağ olsun, çətin günümdə yanımda oldular. Hansısa dostuma zəng edirdim ki, mənə pul ver. 2-3 min verirdilər və beləliklə 30 min borcum oldu. Müflisləşdim, pulum qurtardı, əlimizdə olan nə varsa satdıq. Sağ olsun yoldaşım məni heç vaxt tək qoymayıb. Mən ona təkan olmuşam, o da mənə. Pulum yoxdur deyəndə qızlını mənə verdi ki, satım. Mən də utana-utana onun qızlını və öz maşınımı satdım".

Milli.Az


Etiketlər:  Maşınımı yoldaşımın qızıllarını satdım VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ