Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənilər yezidiləri belə boğaza yığıb

Ermənilər yezidiləri belə boğaza yığıb

Tarix: 28 Yanvar 2022 10:22

Ötən gün Ermənistanda tanınmış yezidi hüquq müdafiəçisi Saşik Sultanyanın işi üzrə qalmaqallı məhkəmə iclası keçirilib.

Milli.Az erməni mediasına istinadən xəbər verir ki, bir müddət əvvəl yezidi və erməni xalqları arasında milli ədavəti qızışdırmaqda ittiham olunan Sultanyanın Ermənistanda siyasi təqiblərə məruz qalması barədə xəbərlər mediada dolaşıb. BMT-nin insan haqları üzrə ekspertləri Fernand de Varennes, Meri Lavlor və İrene Kan da Ermənistan hakimiyyətini Saşik Sultanyana və digər yezidilərə qarşı təqibləri dərhal dayandırmağa çağırışlar etmişdilər.

Qeyd edilir ki, Sultanyanın müsahibəsi ona qarşı cinayət işinin başlanmasına səbəb olub. Sultanyanın özü isə bunun müsahibə olmadığını, İraqda fəaliyyət göstərən medianın jurnalisti ilə onun xəbəri olmadan internetdə çıxan şəxsi söhbət olduğunu iddia edib. Üstəlik, Sultanyan və vəkilləri müsahibənin yezidi dilindən erməni dilinə tərcüməsi zamanı semantik təhriflərin daxil olduğunu iddia ediblər.

Hüquq müdafiəçisinin maraqlarını təmsil edən vəkil Ara Qazaryan bildirib ki, Sultanyan söhbətdə erməni xalqını deyil, Ermənistan hakimiyyətini tənqid edib. Müdafiəçi qeyd edib ki, Sultanyan bir yerdə yezidilərin torpaqlarını zəbt edən insanları tənqid edib, bu arada tərcümədə "ermənilər" yazılıb və belə çıxıb ki, bütün ermənilər yezidilərin torpaqlarını zəbt ediblər.

Ara Qazaryan bildirib ki, Sultanyana qarşı təqiblər müsahibənin dərcindən altı ay əvvəl başlayıb. Vəkil bunun Sultanyanın hüquq müdafiəsi fəaliyyəti ilə bağlı olduğuna şübhə etmir. İttiham edən prokuror Artak Karapetyan bildirib ki, tərcüməçinin yezidi dilindən erməni dilinə tərcümə etmək üçün sertifikatı var, onu tərcümə bürosunda alıb. Prokurorun sözlərinə görə, dərc olunan söhbətdə konkret etnik qrupla bağlı qiymətləndirmələr olub. Və Sultanyan yaxşı bilirdi ki, o, dərc olunacaq və geniş auditoriyaya təqdim olunacaq müsahibə verir.

Kamran Seyidov
Milli.Az


Etiketlər:  Ermənilər yezidiləri belə boğaza yığıb


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR