Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda ərinin qətlini sifariş verən qadın narazıdır: basdırıb üstündə təndir tikmişdilər

Azərbaycanda ərinin qətlini sifariş verən qadın narazıdır: basdırıb üstündə təndir tikmişdilər

Tarix: 28 Yanvar 2022 11:42

Beyləqan rayonunda həyat yoldaşının qətlini sifariş etməkdə təqsirləndirilən Əzizə Sadıqova barəsində olan hökmdən kassasiya şikayəti verib.

Sonxeber.net "Ölkə.az"a istinadən xəbər verir ki, onun şikayəti Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası fevralın 24-nə təyin edilib.

İttihama əsasən, 2018-ci ilin iyul ayında Quba rayon sakini, 48 yaşlı İldırım Fərhadov itkin düşüb.

Daha sonra məlum olub ki, İlkin Fərhadovu arvadı Əzizə Sadıqovanın sifarişi ilə Beyləqan rayon sakini, 1980-ci il təvəllüdlü Şahsuvar Əsədov tüfənglə qətlə yetirib. Həmin şəxs meyiti Beyləqan rayonunun Dünyamalılar kəndindəki evinin həyətində basdırıb.

Keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri ilə Ş.Əsədov həmin gün Dünyamalılar kəndinin ərazisində tutulub. Ş.Əsədovun evinə baxış zamanı hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan 1 ədəd "İJ-16" markalı tüfəng maddi sübut kimi götürülüb. İlkin Fərhadovun basdırıldığı yer müəyyənləşdirilib, sonradan izi itirmək məqsədilə üzərində təndir tikilmiş ərazi qazılıb və meyit eksqumasiya edilərək aidiyyəti üzrə təhvil verilib.

Faktla əlaqədar Beyləqan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddələri ilə cinayət işi başlanılıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahsuvar Əsədov 19 il və Əzizə Sadıqova isə 16 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. 

Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. Şirvan Apellyasiya Məhkəməsi apelyasiya şikayətini təmin etməyib.


Etiketlər:  Azərbaycanda ərinin qətlini sifariş verən qadın narazıdır basdırıb üstündə təndir tikmişdilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ