Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2019 09:24
Bakı. Trend:
Sentyabrın 4-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən Trend-ə bildirilib ki, hərraca çıxarılan notların həcmi 200 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar oktyabrın 2-də ödəniləcək.
Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) çox olmamalıdır.
Hərrac zamanı notların buraxılışının 20 faizdən artıq olmamaq şərtilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Mərkəzi Bankın qısamüddətli notlarının alıcıları yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar ola bilər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin