Tarix: 4 Sentyabr 2019 11:40
"Hazırlığımız çox yaxşı gedir. Millidə atmosfer əladır. Slovakiya və Azərbaycanla oyunlar bizim üçün çox vacibdir".
Qol.az xəbər verir ki, Xorvatiya yığmasının qapıçısı Dominik Livakoviç ölkəsinin mətbuatına açıqlamasında deyib.
24 yaşlı qolkiper hər iki görüşdə onları ancaq qələbə qane edəcəyini bildirib:"Avropa çempionatının final mərhələsinə vəsiqə verən yerlərə yüksəlmək üçün bu iki matçda 6 xal toplamalıyıq. Slovakiyada Marek Hamşik kimi təhlükəli futbolçu var. Həmçinin hücumçuları da güclüdür".
Qeyd edək ki, Xorvatiya millisi sentyabrın 6-da Slovakiya, 9-da isə yığmamızın qonağı olacaq.