Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gecə klubunda çəkilən video Kamran Əsədova aiddir? - AÇIQLAMA

Gecə klubunda çəkilən video Kamran Əsədova aiddir? - AÇIQLAMA

Tarix: 1 Fevral 2022 16:18

"Bəzi sosial şəbəkələrdə, qruplarda mənə qarşı yazılar dərc olunur. Video görüntülər paylaşılıb, guya mənim olduğumu yazırlar. Rəqqasə ilə oynayan birini paylaşıb, Kamran Əsədovdur yazırlar. Bunlarla mənə təzyiq etməyə çalışırsınız?"
 
Milli.Az azxəbər-ə istinadla bildirir ki, bu sözləri tanınmış təhsil eksperti Kamran Əsədov deyib. O sosial şəbəkələrdə ona aid olduğu deyilən videodan danışıb.

Ekspert bildirib ki, yayılan görüntülər ona aid deyil:

"Mən etdiyim hər şeyin arxasındayam. Amma gəlin sizə paylaşmaq üçün nə qədər istəsəniz materiallar verim, lakin mənə aid. 2014-cü ildə də bunun kimilər saxta ittihamlarla mənə qarşı kampaniya başlatmışdılar, amma olmadı, bacarmadılar.

Pisi bilirsiniz nədir? Mən bu qədər sosial şəbəkələrdə açığam, lakin insanlar qoyun kimi nə paylaşım edilsə, inanırlar.

Bu arada, bacarmalınız və bacarmayacaqsınız. Nə 2014 də, nə də indi. Nə qədər istəsəz gəlin. Yolumdan, prinsipial mövqeyimdən dönməyəcəm".

Milli.Az


Etiketlər:  Gecə klubunda çəkilən video Kamran Əsədova aiddir AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ