Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan millisində kütləvi yoluxma - Toplanış ləğv olundu

Azərbaycan millisində kütləvi yoluxma - Toplanış ləğv olundu

Tarix: 2 Fevral 2022 09:20

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının fevralın 3-dən 14-dək Belarusun paytaxtı Minskdə təşkil ediləcək beynəlxalq turnirdə iştirakı ləğv olunub.

Sonxeber.net xəbər verir ki, buna komandanın toplanışdan əvvəl təşkil olunan COVID-19 testində 6 futbolçu, 1 məşqçi və inzibati heyət üzvündə koronavirusun aşkarlanması səbəb olub.

Bu səbəbdən yığmanın fevralın 1-dən 3-dək Bakıda planlaşdırılmış toplanışı da ləğv edilib.

Qeyd edək ki, futbolçulardan Adəm Topalov, Həmzəli Mikayılov, Eşqin Əhmədov, Hacıəli Şirəliyev, Murad Məmmədov, Sənan Ağalarov COVİD-19-a yoluxub. Koronavirusa yoluxan məşqçi isə Aslan Kərimovdur. İnzibatçı Ehtiram Abbasov da eyni aqibətlə üzləşib.


Etiketlər:  Azərbaycan millisində kütləvi yoluxma Toplanış ləğv olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ