Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2022 14:38
"Tesla" və "SpaceX"in rəhbəri, sahibkar İlon Mask özünün bütün sosial şəbəkə hesablarında floridalı tələbə Cek Suini bloklayıb. Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, səbəb isə 19 yaşlı gəncin "Twitter" hesabı yaradaraq botun köməyi ilə milyarderin şəxsi təyyarəsinin hərəkətini izləməsi və "müşahidə"nin dayandırılması tələbinə cavab olaraq Maskdan 50 min dollar istəməsi olub.
"Mən "SpaceX" və "Tesla" pərəstişkarıyam, ona görə də bilirdim ki, onun təyyarəsi var. Düşündüm ki, bot... onun (Maskın) hara getdiyini və nə etdiyini anlamağa kömək edə bilər", - deyə Suini bildirib.