Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2022 15:02
Rusiyanın paytaxtı Moskvada dördüncü sinif şagirdinə qarşı cinsi təcavüz həyata keçirmək istəyən 27 yaşlı gənc saxlanılıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, polisə şikayət yeniyetmə qızın anası tərəfindən daxil olub.
Qadın bildirib ki, qızı məktəbdən evə qayıdarkən birinci və ikinci mərtəbələr arasındakı dəhlizdə naməlum şəxs tərəfindən hücuma məruz qalıb.
Kişi məktəbli qıza təcavüz etmək istəsə də, o, müqavimət göstərib. Pedofil onun gödəkçəsini cırıb, lakin məktəbli qız qaçaraq küçəyə çıxa bilib.
Bundan sonra təcavüzkar hadisə yerindən uzaqlaşıb. Polis təhlükəsizlik kameraları vasitəsi ilə cinayəti törətməkdə şübhəli bilinən şəxsi saxlayıb. İstintaq davam etdirilir.