Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Roberto Karlos yaşıl meydana qayıdır

Roberto Karlos yaşıl meydana qayıdır

Tarix: 2 Fevral 2022 15:56

Futbol üzrə Braziliya millisinin sabiq sol cinah müdafiəçisi Roberto Karlos karyerasını bir oyunluq bərpa etmək qərarına gəlib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 49 yaşlı R.Karlos yerli bar və pabların sponsorluğu ilə təşkil edilən İngiltərə Pivə Liqasında çıxış edəcək.

R.Karlos bu liqada bir oyunluq "Bull in Barn Yunayted" klubunda oynayacaq.

Belə ki, "Bull in Barn Yunayted" "eBay"in sosial platformasının "Dream Transfer" müsabiqəsində qalib gəlib.

Klublar burada iştiraka görə 5 funt sterlinq ödəyir və yarışda qalib gələn komanda bir matçlıq peşəkar futbolçu alır.

"Dream Transfer" tirajından əldə edilən bütün gəlirlər xeyriyyəçiliyə yönəldilib.

Milli.Az


Etiketlər:  Roberto Karlos yaşıl meydana qayıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ