Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünya ərzaq bazarında qiymətlər ''od tutub yanır''

Dünya ərzaq bazarında qiymətlər ''od tutub yanır''

Tarix: 3 Fevral 2022 19:26

Yanvar ayında dünya ərzaq bazarında qiymətlər artıb.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən verilən məlumata görə, bunun əsas səbəbi bitki yağlarının bazardakı həcminin azalmasıdır.

Belə ki, FAO-nun ərzaq qiymətləri indeksi yanvar ayında 1,1 faiz artaraq 135,7 bənd olub. O cümlədən bitki yağlarının qiymət indeksi 4,2 faiz artaraq tarixin ən yüksək həddinə çatıb. Bununla yanaşı, taxıl, ağartı məhsulları və ət də bahalaşıb. Yalnız şəkərin qiymət indeksi 3,1 faiz azalıb ki, bunda da "əsas ixracatçı ölkələr olan Hindistan və Tailandda istehsalatla bağlı müsbət proqnozlar"ın mühüm payı olduğu bildirilir.


Etiketlər:  Dünya ərzaq bazarında qiymətlər tutub yanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ