Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sevmirsə, dünəndən sevməsin'' - Mətanət İsgəndərli

''Sevmirsə, dünəndən sevməsin'' - Mətanət İsgəndərli

Tarix: 5 Fevral 2022 11:10

"Hiss etmişəm ki, qarşımdakı məni sevmir. Demişəm ki, onun sevgisini necə qazanım, özümü necə sevdirim. Sonralar başa düşdüm ki, yanlışdır. İnsan səni sevmirsə, dünəndən sevməsin".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli deyib. Sevgidən danışan müğənni intihar edən gənclərə səslənib:

"Məcbur deyilsən ki, sən özünü kiməsə sevdirəsən. Səni sevənin, qədrini bilənin yanında ol. Sevdiyin sənin qədrini bilsin, canı yansın, çətin günündə yanında olsun. Biz də cavan olmuşuq. Cavanlar bunu bilsinlər. İstəyirəm ki, cavanlar məni başa düşsün, sevgini qeyri-adi əlçatmaz hesab etməsin. Sevgidən ötrü gedib özünü öldürənlər var. Eşidirik ki, sevgilisinə ailəsi vermədi, getdi özünü öldürdü. Bu nədir, özünü öldürəsən, dərdə salasan, depressiyaya düşəsən. Sevgini sizə hörmət edən, qədrinizi bilən adamda tapın. Sizi darda olanda qoyub qaçmasın. Sizin üçün lazım gələndə canından keçsin. əsl sevgi budur".


Etiketlər:  Sevmirsə dünəndən sevməsin Mətanət İsgəndərli


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ