Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qoltuq altından ürək əməliyyatı nə zaman icra edilə bilər?

Qoltuq altından ürək əməliyyatı nə zaman  icra edilə bilər?

Tarix: 5 Fevral 2022 21:27

Hər hansı bir sümük kəsiyi aparılmadan, ürəyə qabırğalar arasından girilərək edilən minimal invaziv ürək əməliyyatları kişi, qadın, gənc, yaşlı hər kəs üçün üstünlükləri olan bir metoddur.

Sonxeber.net aztibb.az-a istinadən bildirir ki, bu barədə ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib.  Həkim bildirib ki, bütün ürək qapaq əməliyyatlarında, xüsusilə qapaq dəyişilməsi və ya təmiri əməliyyatlarında rutin olaraq bu metod istifadə olunur. 2 ya da 3 qapağa eyni anda müdaxilə etmək mümkündür.

O, qeyd edib ki, öncədən döş qəfəsi sümüyü kəsilərək əməliyyat olmuş xəstələrdə, Bypass və ya qapaq əməliyyatı olmuş xəstələrdə ikinci qapaq əməliyyatının qoltuq altından edilməsi həkimlərə böyük üstünlüklər qazandırır.

- Anadangəlmə ürək xəstəlikləri, ürək dəlikləri, ürək şişləri;

- Çox sayda damar Bypass-ları;

- Mitral qapaq, aorta qapaq və trikuspidal qapaq cərrahiyyəsi olacaq xəstələrdə bu metod rahatlıqla tətbiq edilə bilər.


Etiketlər:  Qoltuq altından ürək əməliyyatı zaman icra edilə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ