Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2019 10:06
Bakı. İlhamə İsabalayeva – Trend:
Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının layihəsi hökumətə təqdim edilib.
Trend-in məlumatına görə, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun “Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair” illik məlumatında qeyd edilib.
Sayca 3-cü Milli Fəaliyyət Planının icra müddətinin 2018-ci ildə başa çatması nəzərə alınaraq, insan alverinə qarşı mübarizənin davamlılığının təmin edilməsi üçün 2019-2023-cü illəri əhatə edən yeni fəaliyyət planı hazırlanıb. Aidiyyəti dövlət orqanlarının təklifləri əsasında hazırlanmış layihənin ilkin variantı 67 tədbirdən ibarətdir.
Sənəddə insan alverinə qarşı mübarizədə səlahiyyətli dövlət orqanlarının maddi-texniki təminatının yaxşılaşdırılması, qurbanların reabilitasiyası və müdafiəsi üzrə tədbirlərin keyfiyyətinin yüksəldilməsi, profilaktik işi, cinayət təqibi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və s. mühüm məsələlər əksini tapıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin