Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2022 16:38
ABŞ-da polis öz mənzilində divanda yantmış afroamerikalını güllələyib. Bununla bağlı sosial şəbəkələrdə kadrlar yayımlanıb.
Bildirilir ki, Minneapolis xüsusi təyinatlıları səhər saat 7 radələrində 22 yaşlı Amir Lokkun evinə basqın ediblər. Həmin vaxt gənc divanda yatmış halda olub. Səsə ayılan Lokk polisin əmri ilə yerə uzanmaq əvəzinə silahına əl atıb. Hüquq mühafizəçilərdən biri - Mark Henneman dərhal bir neçə dəfə atəç açıb. Nəticədə gənc xəstəxanada keçinib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, yerli mediada yayılan xəbərə görə, polisin qətl təhqiqatının bir hissəsi kimi evə girməyə orderi olub. Bununla belə, Lokkun özünün bu cinayətlə heç bir əlaqəsi olmayıb. Həmçinin onun silah üçün icazəsi var imiş.
Baş verənlərlə əlaqədar atəş açan polis istintaq müddəti üçün xidmətdən kənarlaşdırılıb. Yerli hökumət afroamerikalının ölümü ilə əlaqədar şəhərdə yeni etirazların başlanılmasından narahatdır.
Xatırladaq ki, 2020-ci ildə elə bu şəhərdə zabit Derek Şovin afroamerikalı Corc Floydu saxlayarkıən boğmuşdu. Bundan sonra ABŞ-ı etiraz aksiyaları, iğtişaşlar və talan dalğası bürümüşdü.