Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ”ı çempion saymaq olar'' - “Neftçi”nin keçmiş futbolçusu

“Qarabağ”ı çempion saymaq olar'' - “Neftçi”nin keçmiş futbolçusu

Tarix: 7 Fevral 2022 20:02

"Bugünkü oyunda "Qarabağ"ı daha şanslı sayıram".

Milli.Az xəbər verir ki, bunu apasport.az saytına açıqlamasında futbol veteranı Samir Ələkbərov Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində bu gün keçiriləcək "Neftçi" - "Qarabağ" oyunu barədə fikirlərini bildirərkən deyib.

54 yaşlı mütəxəssis "Bakcell Arena"da baş tutacaq görüşdə qonaq komandanın qələbəyə daha yaxın olduğunu düşünür: "Proqnoz vermək məndə alınmır. Amma görünən odur ki, "Qarabağ" "Neftçi"dən də, digərlərindən də güclüdür. Üstəlik, qış fasiləsində "Neftçi"nin Mamadu Kane, Sabir Buqrin kimi aparıcı oyunçuları getdi. Yeni gələnlərin hazırkı durumuna hələ bələd deyilik. Ölkə kubokunun 1/4 final mərhələsində "Sabah"la keçirdikləri matça yüngülvari baxdım. "Neftçi"dən fərqli, "Qarabağ" həmin gün "Keşlə" ilə oyunda daha yaxşı təsir bağışladı".

"Neftçi"nin sabiq futbolçusunun fikrincə, "ağ-qaralar"ın ötən mövsüm qazandığı çempionluğu qoruması artıq mümkün deyil: "Neftçi"nin çempionluğu çoxdan bitib. Bugünkü oyunun hansısa təsiri olacağını düşünmürəm. Komandalar arasında 11 xallıq fərq yarananda "Neftçi"nin titulunu qoruya bilməyəcəyi bəlli oldu. "Qarabağ"ı çempion saymaq olar. Onlar işin yarıdan çoxunu görüblər. Çempion olmaq asandır, onu saxlamaq çətindir. Necə ki, "Qarabağ" ötən mövsümü saymasaq, artıq neçə ildir uğurlu çıxışını davam etdirir. Bir günlə yaşamaq düzgün deyil".

Qeyd edək ki, "Neftçi" - "Qarabağ" oyunu saat 19:00-da başlayacaq.

Milli.Az


Etiketlər:  Qarabağı çempion saymaq olar Neftçinin keçmiş futbolçusu


RƏYLƏR