Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İcra başçısının nümayəndəsi saxta COVID-19 pasportu satırmış... - Cinayət işi açıldı

İcra başçısının nümayəndəsi saxta COVID-19 pasportu satırmış... - Cinayət işi açıldı

Tarix: 8 Fevral 2022 09:30

Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açılıb.

Bu barədə Milli.Az-a İmişli Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, İmişli Rayon İcra Hakimiyyəti başçısının Hacırüstəmli kənd icra nümayəndəsinin digər vəzifəli şəxslərlə cinayət əlaqəsinə girərək bir neçə şəxsə COVID-19 əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlər vermələri ilə əlaqədar rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla Hacırüstəmli kənd üzrə icra nümayəndəsi Yavər Şıxalıyevin kənd icra nümayəndəliyinin mühasibi İkram Şeyxalıyev və həmin kəndin tibb məntəqəsində qeyri-rəsmi diş texniki işləmiş Fərahim Yadigarov ilə cinayət əlaqəsinə girərək ayrı-ayrı şəxslərə COVID-19 əleyhinə peyvənd olunmamalarına baxmayaraq, onların "e-Tabib" sistemində peyvənd edilmiş kimi qeydiyyata alınmalarını təmin etməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Milli.Az


Etiketlər:  İcra başçısının nümayəndəsi saxta COVID 19 pasportu satırmış Cinayət işi açıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ