Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2022 14:38
Tərtər rayonunda yerləşən bir neçə təhsil ocağında müasir istilik sistemləri qurulsa da təbii qazla təminat yoxdur. Bu məktəblər müharibə vaxtı zərər gördüyündən əsaslı təmir olunub. Hazırda isə məktəblərdə odun və elektrikdən istifadə olunur. Bəs məktəblərin istilik problemi nə vaxt həll olunacaq?
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, məktəblərdə qazanxanalar qurulub, istilik xətləri çəkilib, ancaq mavi yanacaq yoxdur. Görüntülər Tərtər rayonundandır.
Rayonun Evoğlu, Düyərli, Əskipara, Yuxarı Sarıcalı və Qarağacı kənd məktəbləri müharibə zamanı zərər görüb. Yenidən təmir olunan təhsil ocaqlarında müasir istilik sistemləri qurulsa da istifadəyə verilməyib. 5 məktəb binasında təbii qaz yoxdur.
Yaranmış vəziyyətlə bağlı məktəb kollektivi və valideynlər adiyyatı dövlət orqanlarına müraciət etsələr də heç bir nəticəsi olmadıqlarını deyirlər.
Məsələylə bağlı Tərtər rayon Təhsil Şöbəsindən bildirilib ki, yaranmış vəziyyətlə bağlı Təhsil Nazirliyinə müraciət edilib. Yaxın zamanlarda məktəblər mavi yanacaqla təmin ediləcək. Bu günə qədər yeni təmir edilən məktəblərin təbii qaz verilməməsinə səbəb isə texniki şərtin gecikdirilməsidir. Ancaq sözü gedən məktəblər soyuq qış aylarında odun və elektrik cihazları ilə təmin edilib.