Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ər arvadını öldürüb, qohumunu yaralayıb

Ər arvadını öldürüb, qohumunu yaralayıb

Tarix: 9 Fevral 2022 11:58

Yevlaxda qətl hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Yevlaxın Hacıselli kəndində qeydə alınıb. Kənd sakini Qarayev Mehdi Atakişi oğlu həyat yoldaşı, 1977-ci il təvəllüdlü Qarayeva Elnarə Qafar qızına odlu silahdan atəş açıb. Qadın yerindəcə keçinib. Hadisənin səbəbi hələlik məlum deyil.

Həyat yoldaşını qətlə yetirən Mehdi Qarayev, həmçinin qonşuluqda yaşayan və qohumluq əlaqəsi olan, 1959-cu il təvəllüdlü Qarayev İldırım Zirəddin oğlunu yaralayıb. Zirəddin Qarayev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yevlax şəhər Prokurorluğunda cinayət işi açılıb.

Məlumata görə, Mehdi Qarayev bir il əvvəl həyat yoldaşına balta ilə ağır xəsarətlər yetirib. O, bu əməli törətdikdən sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılsa da, bir müddətdən sonra azadlığa çıxıb.

Milli.Az


Etiketlər:  Ər arvadını öldürüb qohumunu yaralayıb


RƏYLƏR