Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənilərin bu barbarlığı bizi dəhşətə saldı – Razuvayev

Ermənilərin bu barbarlığı bizi dəhşətə saldı – Razuvayev

Tarix: 10 Fevral 2022 14:00

Ermənistanın Qarabağda işğal dövründə həyata keçirdiyi siyasət etnik millətçiliyə əsaslanan barbarlığın qarışığıdır.

Milli.Az xəbər verir ki, bu sözləri axar.az-a müsahibəsində rusiyalı ekspert Aleksandr Razuvayev deyib.

"Erməni mədəniyyətinə, erməni ənənəsinə aid olmayan hər şey təhqirə və ya məhvə məruz qalıb. Onların məntiqinə görə, azərbaycanlılar, daha geniş şəkildə desək, bütün türklər vəhşi köçəri, hörmətə layiq olmayan köksüz barbar, ikinci dərəcəli insanlardır", - ekspert qeyd edib.

Onun sözlərinə görə, buna əmin olmaq üçün erməni millətçiləri ilə Feysbuk və digər sosial şəbəkələrdə ünsiyyət qurmaq kifayətdir:

"Qarabağda donuzxanaya çevrilən məscidlər artıq bütün sərhədləri keçmək deməkdir. Ateist ideologiyasının mahiyyətini heç vaxt gizlətməyən kommunistlər də belə etməyi ağıllarından keçirməmişdilər. Mən özüm müsəlman deyiləm, amma mən və dostlarım, həm xristian, həm də Kazan və Ufadan olan müsəlmanlar tamamilə şokda idik. Bu kadrlar Rusiyanın federal kanallarında göstərilsəydi, o zaman Rusiyada ictimai rəy mütləq Bakının tərəfində olardı".

Razuvayev hesab edir ki, bu mövzu dünyada fəal şəkildə təbliğ edilməlidir, çünki təkcə Rusiyada deyil, beynəlxalq aləmdə media sahəsi erməni diasporunun güclü təsiri altındadır:

"Düşünürəm ki, ermənilər Qarabağın heç vaxt Azərbaycana qayıtmayacağına, əbədi onlarda qalacağına inanırdılar. Ümumiyyətlə, bu, ləyaqətsizlikdir: əsl döyüşçü həmişə başqasının inancına hörmət edir, hətta düşmənin də. Dağılmış qəbiristanlıqlar çox pisdir. Ölülərin dincliyini pozmağı Allah amansızcasına sorğulayacaq. Halbuki Azərbaycan özü dünyəvi və tolerant dövlətdir. Burada müxtəlif dinlərə mənsub insanların - müsəlmanların, xristianların, yəhudilərin, zərdüştilərin, tenqriçilərin və bir çox başqa dinlərin nümayəndələri rahat yaşayır".

Milli.Az


Etiketlər:  Ermənilərin bu barbarlığı bizi dəhşətə saldı Razuvayev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ