Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2022 15:55
İsraildə "The X Factor" müsabiqəsində birinci olan ukraynalı Mixail Ben-David ölkəni "Eurovision 2022"də təmsil edəcək.
Sonxeber.net axşam.az istinadən xəbər verir ki, məsələ ətrafında böyük qalmaqal başlayıb. İtaliyada Turin şəhərəndə keçiriləcək müsabiqədə Mixailin İsraili təmsil etməsi qərarı fevralın 5-də verilib.
Lod şəhərinin meri Yaur Ravivo "Reşet" kanalına müraciət edərək, nəticələrin yenidən hüsablanmasını istəyib. Buna səbəb isə Davidin Lod şəhərinin 23 yaşlı sakini Eli Holini cəmi 1 səslə geridə qoyması olub.
"Düşünürəm ki, bu statistikada yanlışlıq var. "The X Factor" izləyiciləri bu yanlışlığa yol verə bilməz. Onsuz da biz Eli Holi ilə fəxr edirik. Əminik ki, ona çox səs verilib. Buna görə də final gecəsi olan səsvermənin yenidən yoxlanmasını tələb edirik" deyə, mer açıqlamasında qeyd edib.
Yaur əlavə edib ki, bu tələb Lod şəhərinin əhalisi tərəfindən irəli sürülüb. Eyni zamanda sosial şəbəkədə məsələ müzakirə edilərək, tənqid olunub. Belə ki, səsvermə üçün qeydiyyatdan keçmək tələb olunub, bu zaman isə sistemdə problemlər yaranıb. Hər kəs sistemin yüklənməsindən şikayət edib.