Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xocavənddə ermənilərin tərk etdiyi mövqedən 11 top mərmisi tapılıb - VİDEO - FOTO

Xocavənddə ermənilərin tərk etdiyi mövqedən 11 top mərmisi tapılıb - VİDEO - FOTO

Tarix: 10 Fevral 2022 17:04

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə silah, döyüş sursatları və partlayıcı vasitələrin aşkar olunaraq təhvil verilməsi istiqamətində intensiv tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayonun Zoğalbulaq kəndi ərazisindəki tərk edilmiş hərbi mövqedən erməni ordusuna məxsus atəşə yararlı top mərmiləri aşkar edilib. Aşkar edilən 11 mərmi və minaatan mərmilərinin istifadəsi üçün nəzərdə tutulan 1 sandıq barıt atımı aidiyyəti üzrə təhvil verilib.

Milli.Az


Etiketlər:  Xocavənddə ermənilərin tərk etdiyi mövqedən mərmisi tapılıb VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ