Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İstifadəçiləri ən çox izləyən sosial şəbəkələr açıqlandı

İstifadəçiləri ən çox izləyən sosial şəbəkələr açıqlandı

Tarix: 11 Fevral 2022 18:48

"URL Genius" marketinq şirkəti 10 sosial şəbəkə arasında araşdırma aparıb və onlardan hansının istifadəşiləri daha çox izlədiyini araşdırıb. Məlum olub ki, ən çox istifadəçi məlumatlarını toplayan şirkət "YouTube" və "TikTok"dur.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, tədqiqat üçün "Apple" qacetlərində mövcud olan "Tətbiq Fəaliyyətinin Qeydiyyatı" funksiyasından istifadə edilərək, "YouTube", "TikTok", "Twitter", "Telegram", "LinkedIn", "Instagram", "Facebook", "Snapchat", "Messenger" və "WhatsApp" xidmətləri yoxlanılıb.

"YouTube"un şəxsi məlumatları öz məqsədləri üçün (tarqet reklamlar üçün axtarış tarixçəsini və ya məkanı izləmək) topladığı bildirilir.

"TikTok" toplanan məlumatları əsasən üçüncü tərəf izləyiciləri ilə paylaşır, bu da bu məlumatların daha sonra necə istifadə edildiyini dəqiq söyləməkdə çətinlik yaradır.

Milli.Az


Etiketlər:  İstifadəçiləri ən çox izləyən sosial şəbəkələr açıqlandı


RƏYLƏR