Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda eyvandakı zivələrdən geyim əşyaları oğurlanıb

Bakıda eyvandakı zivələrdən geyim əşyaları oğurlanıb

Tarix: 12 Fevral 2022 12:38

Bakıda eyvandakı zivələrdən geyim əşyaları oğurlanıb.

Bu barədə Sonxeber.net-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə fevralın 11-nə keçən gecə Badamdar qəsəbəsi ərazisindəki mənzillərdən birinin eyvanındakı zivədən 90 manat dəyərində geyim əşyalarının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini H.Səfərova qısa müddətdə müəyyən edilərək saxlanılılıb.

Ətrafında aparılan tədbirlərlə onun həmin gün qəsəbə ərazisində daha 3 evin eyvanlarındakı zivədən geyim əşyaları oğurlaması da müəyyən edilib.


Etiketlər:  Bakıda eyvandakı zivələrdən geyim əşyaları oğurlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ