Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Təyyarə salonundakı ilan təcili enişə səbəb olub - VİDEO

Təyyarə salonundakı ilan təcili enişə səbəb olub - VİDEO

Tarix: 12 Fevral 2022 13:42

Malayziyada paytaxt Kuala-Lumpurdan Tavauya uçan "AirAsia" Hava Yollarına məxsus təyyarəyə ilan girib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, təyyarənin yuxarı kupesində olan ilan sərnişinlər tərəfindən qeydə alınaraq görüntülənib. Sosial mediada paylaşılan videodan sonra "AirAsia"nın baş təhlükəsizlik zabiti Lionq Tien Linq insidentlə bağlı açıqlama verərək bildirib ki, şirkət cümə axşamı baş verən hadisədən xəbərdardır.

Onun sözlərinə görə, təyyarənin kapitanı məsələni öyrənən kimi təcili enişə gedib.

"Təyyarə dezinfeksiya olunmaq üçün Kuçinqə yönləndirilib. Kapitan sərnişinlərin və ekipajın təhlükəsizliyini ön planda tutaraq uyğun addımlar atıb", - deyə o, vurğulayıb.

Qeyd edək ki, insident zamanı xəsarət alan olmayıb.

Milli.Az


Etiketlər:  Təyyarə salonundakı ilan təcili enişə səbəb olub VİDEO


RƏYLƏR