Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Üç evdən oğurluq etməkdə şübhəli bilinən qadın YAXALANDI

Üç evdən oğurluq etməkdə şübhəli bilinən qadın YAXALANDI

Tarix: 12 Fevral 2022 21:26

Badamdar qəsəbəsində baş verən oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Məlumata əsasən, Səbail RPİ-nin 41-ci Polis Bölməsinə fevralın 11-nə keçən gecə Badamdar qəsəbəsi ərazisindəki mənzillərdən birinin eyvanındakı zivədən 90 manat dəyərində geyim əşyalarının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini H.Səfərova qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun həmin gün qəsəbə ərazisində daha 3 evin eyvanlarındakı zivədən geyim əşyaları oğurlaması da müəyyən edilib.

Milli.Az


Etiketlər:  Üç evdən oğurluq etməkdə şübhəli bilinən qadın YAXALANDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ