Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rudenko Türkiyə və Ermənistanla təmasları müzakirə etdi

Rudenko Türkiyə və Ermənistanla təmasları müzakirə etdi

Tarix: 14 Fevral 2022 23:22

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkonun Ermənistanın Türkiyə ilə münasibətlərin tənzimlənməsi üzrə xüsusi nümayəndəsi, parlamentin vitse-spikeri Ruben Rubinyanla telefon danışığı olub.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, rəsmilər İrəvan və Ankara nümayəndələri arasında fevralın 24-də Vyanada gözlənilən təması müzakirə ediblər.

"Ermənistan və Türkiyə tərəfləri arasında Moskva razılaşmalarının (14 yanvar 2022-ci il) yerinə yetirilməsi, eləcə də iki xüsusi nümayəndənin fevralın 24-də Vyanada növbəti təması ilə bağlı gələcək addımlar barədə fikir mübadiləsi aparılıb", - Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir. 

Qeyd edilib ki, Rusiya regionda sabitlik və davamlı inkişaf maraqları naminə İrəvan və Ankara arasında ümumi zəmin axtarışında bundan sonra da yardım etməyə hazır olduğunu təsdiqləyib.

Xatırladaq ki, yanvarın 14-də Moskvada İrəvan və Ankara nümayəndələrinin ilk görüşü keçirilib.


Etiketlər:  Rudenko Türkiyə Ermənistanla təmasları müzakirə etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ