Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əmizdirərkən hamilə qalmaq mümkündürmü?

Əmizdirərkən hamilə qalmaq mümkündürmü?

Tarix: 15 Fevral 2022 08:22

Fərziyyə olaraq, qadınla kişi arasında baş verən istənilən cinsi əlaqədən sonra hamilə qalmaq mümkündür.

Əksər ədəbiyyatlarda və məlumat mənbələrində ana südü ilə əmizdirmənin arzuolunmaz hamiləlikdən etibarlı qorunma vasitəsi kimi qələmə verilir. Əmizdirmə səbəbilə hamiləlikdən qorunmaya tibbdə laktasiya amenoreyası metodu (LAM) da deyilir.

Digər tərəfdən əmizdirərək hamilə qalan qadınların da sayı az deyil. O zaman ana südünün effektiv reproduktiv təsiri haqda olan məlumat nə dərəcə düzgündür?

Milli.Az vib.az-a istinadla bildirir ki, müstəsna olaraq ana südü ilə əmizdirmək özü özlüyündə hamilələlikdən 98-99.5% qorumaq kimi təsirə malikdir. Lakin bu təsirin effektliyi üçün aşağıdakıları nəzərə almaq və ya riayət etmək mütləqdir:

- Körpənin doğulmasında 6 aydan daha az vaxt keçibdir.

- Əmizdirən ananın doğuşsonrası qanaxmadan sonra aybaşısı bərpa olunmayıbdır. Yəni doğuşsonrası qanaxma (nifas) bitdikdən ana sonuncu aybaşını hamiləliyindən öncə görəndir.

- Körpə müstəsna olaraq, anasının südü ilə qidalanır (əlavə heç bir maye, qida və s verilmir), gecə və gündüz tələbinə uyğun olaraq əmizdirilir.

Milli.Az


Etiketlər:  Əmizdirərkən hamilə qalmaq mümkündürmü


RƏYLƏR