Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ramiz Mehdiyevin köməkçisi 30 sutkalıq həbs edildi - YENİLƏNİB

Ramiz Mehdiyevin köməkçisi 30 sutkalıq həbs edildi - YENİLƏNİB

Tarix: 15 Fevral 2022 13:22

13:18

AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirovun həbsinin təfərrüatları məlum olub.

Milli.Az bildirir ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan E.Əmirov barəsində çoxsaylı şikayətlər olub. Şikayətlərin əsasən, E.Əmirovun işə düzəltmək adı ilə pul yığması ilə bağlı olduğu deyilir. İddia olunur ki, o, pulla işə adam düzəldirmiş.

Lakin E.Əmirovun başqa əməllərinin də üstünün açılacağı istisna edilmir.

Daha bir məlumata görə isə E.Əmirov barəsində artıq məhkəmə qərarı var. Belə ki, Nərimanov rayon Məhkəməsi E. Əmirov barəsində 30 sutka həbs qərarı çıxarıb.

11:58

Dünən AMEA prezidenti vəzifəsindən istefa verən Ramiz Mehdiyevin köməkçisinin saxlanıldığı təsdiqlənib.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, Eldar Əmirov dünən Daxili İşlər Nazirliyinə daxil olmuş bir məlumatın araşdırılması məqsədilə Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ("Bandotdel") əməkdaşları tərəfindən saxlanılıb: "Hazırda müvafiq araşdırmalar aparılır".

Qeyd edək ki, Eldar Əmirov R.Mehdiyevin baldızı oğludur. O, R.Mehdiyevin Prezident Administrasiyasında rəhbər olduğu vaxtlar onun köməkçisi də işləyib.

Milli.Az


Etiketlər:  Ramiz Mehdiyevin köməkçisi 30 sutkalıq həbs edildi YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ