Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyada COVID-19-u daha erkən mərhələdə müəyyən edən test hazırlandı

Rusiyada COVID-19-u daha erkən mərhələdə müəyyən edən test hazırlandı

Tarix: 15 Fevral 2022 13:58

Rusiyalı alimlər COVID-19-un ən erkən mərhələlərində xəstəliyi minimum konsentrasiyada aşkar edə bilən detektor hazırlayıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu, zülallar kompleksidir, onların bəziləri virus genomun NK fraqmentinin nüsxələrinin sayının artırılmasına, digərləri isə SARS-CoV-2 genom fraqmentinin ardıcıllığının tanınmasına cavabdehdir. Məhz bu zülallar və bələdçi RNT-lər bu sistemi virusun minimum konsentrasiyasına qarşı çox həssas edir.

Tərtibatçılar iddia edirlər ki, bu texnologiya diaqnostikanın tez və istənilən şəraitdə aparılmasına imkan verəcək. Xüsusilə vurğulanır ki, belə bir test sisteminin istehsalı daha ucuz başa gəlir, çünki prosesdə yüksək texnologiyalı avadanlıq istifadə edilmir.

Güman edilir ki, bu sistem əsasında yeni yaranan infeksiyalar üçün diaqnostika sistemləri yaratmaq mümkündür.

Milli.Az


Etiketlər:  Rusiyada COVID 19 u daha erkən mərhələdə müəyyən edən test hazırlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ