Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda keçmiş məhkum silahla tutuldu - VİDEO - FOTO

Bakıda keçmiş məhkum silahla tutuldu - VİDEO - FOTO

Tarix: 15 Fevral 2022 14:52

Bakıda keçmiş məhkum "Kalaşnikov" markalı avtomat silahla saxlanılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib. Daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Rahim Şəfəqqətov saxlanılaraq Polis Bölməsinə gətirilib. Onun üzərinə baxış zamanı 3 ədəd parton aşkar edilib. Saxlanılan şəxs ifadəsində yaşadığı Sabunçu rayonu Ramana qəsəbəsində odlu silah-sursat gizlətdiyini qeyd edəndən sonra həmin ünvana da baxış keçirilib. Oradan isə Rahim Şəfəqqətova məxsus 1 ədəd atəşə yararlı "AK-74" markalı avtomat silah, 1 ədəd daraq və 2 ədəd parton aşkar olunaraq götürülüb. Rahim Şəfəqqətov odlu silahı bir müddət əvvəl əldə etdiyini və polisə təhvil verməyərək gizlətdiyini bildirib.

9-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Rahim Şəfəqqətov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.

Milli.Az


Etiketlər:  Bakıda keçmiş məhkum silahla tutuldu VİDEO FOTO


RƏYLƏR