Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2022 19:45
"Özümü o qədər tənha hiss edirəm ki... Yanımda heç kim yoxdur. Yenə də təkəm: bacı, qardaş uzaqdadır. Tənhalıq alnıma yazılıb".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva "Onun sirri" proqramında deyib. Aktrisa ikinci həyat yoldaşından ayrılmasından bəhs edib:
"Elə bildim axtardığım sevgi var. Filmlə bağlı depressiyaya düşmüşdüm, boşluqda idim. O insan qarşıma çıxdı və mənə başqa cür göründü. Aramızda 8 yaş fərq var idi. Ruhun gəncdirsə, yaşın fərqi yoxdur. Elə düşündüm ki, həyatıma gəldi, Allaha şükür edirdim. Gedib məsciddə bir-birimizə söz vermişdik. Mənə xəyanət etməyib. Mənim yanımda heç bir qadının üzünə də baxmırdı. Müəyyən səbəblər oldu.
Biz tamam başqa dünyanın adamları idik. Çox mücadilə etdim ki, ailəm dağılmasın. Uşaqlıqdan ancaq ailə arzulamışam, alınmayıb məndə. Dəfələrlə ona şans verdim. Amma yenə həmən insan oldu. Sonda fikirləşdim ki, mən nə edirəm? Belə getsə, məzara gedəcəm. 6 ildir birlikdə idik. Ötən il ayrıldım, amma yenə də şans verdim. Yeni rəsmi boşandıq. İnanmırdı ki, ondan boşanaram. Məhkəməyə də gəlmədi. Bu yaxınlara qədər mənimlə barışmaq istəyir. Bilsin ki, onu daha bağışlamayacam".