Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həyat yoldaşı ilə intim əlaqdə olan əməkdaşlardan pul tələb etdi - polis kapitanından rəzalət

Həyat yoldaşı ilə intim əlaqdə olan əməkdaşlardan pul tələb etdi - polis kapitanından rəzalət

Tarix: 16 Fevral 2022 20:24

Sverdlovskda vilayət polisinin kapitanı ətrafında yaşanan qalmaqal hər kəsi şoka salıb. Söhbət İstintaq Komitəsinin "külli miqdarda hədə-qorxu ilə tələb etmə" maddəsi ilə cinayət işi açdığı 37 yaşlı detektiv Andrey İvanovdan gedir.

Milli.Az "KP"-ya istinadən xəbər verir ki, Rusiya Qvardiyasının iki serjantı əməliyyatçıdan şikayət edib. Hər ikisi İvanovun hədə-qorxu ilə onlardan pul aldığını iddia edib. Təzyiqlərə səbəb isə onların Daxili İşlər Nazirliyinin kapitanının həyat yoldaşı ilə cinsi əlaqədə olmaları olub. Bölmədə işləyən polisin həyat yoldaşı 32 yaşlı həmkarına "görüşək, danışaq" təklifi yazıb. O da razılaşıb və kiyayə tutduğu mənzildə onunla cinsi əlaqədə olub. Ancaq on gün sonra polis kapitanı onu hədələyir ki, zorlama maddəsi ilə barəsində cinayət işi qaldıracaq, həmçinin baş verənləri bütün dostlarına danışacaq. Susmaq üçün detektiv ondan  840 min rubl istəyib. O, arvadının kartına hər ay on pul köçürməsini tələb etsə də, qarşı tərəf bundan imtina edir. Polis çavuşu bundan imtina edir və şikayət ərizəsi yazır. Detektiv isə hadisələrin belə inkişaf edəcəyini gözləməyib.

İkinci hadisə zamanı kapitanın arvadı növbədən sonra həmkarını evinə içki içməyə dəvət edir. Ssenari yenə eyni idi: spirtli içki, sonra cinsi əlaqə. Ondan da 300 min rubl tələb edib, lakin polis serjantı ödəməkdən imtina edib.

Onun həyat yoldaşının xəyanətindən necə xəbər tutduğu hələ dəqiq məlum deyil. Amma çox güman ki, qadın evə sərxoş qayıdanda hər şey məlum olub. Ola bilsin ki, arvad öz "sərgüzəştləri" haqqında danışıb. İstintaq Komitəsi cinayət işi açıb və İvanov xidmətdən xaric edilib. Keçmiş polis əməkdaşını 7 ilə qədər həbs cəzası gözləyir. Vəziyyətlə tanış olan mənbənin bildirdiyinə görə, hər iki Milli Qvardiyaçı da artıq neqativ səbəblərə görə xidmətdən uzaqlaşdırılıb.

Anar Əli
Milli.Az


Etiketlər:  Həyat yoldaşı ilə intim əlaqdə olan əməkdaşlardan pul tələb etdi polis kapitanından rəzalət


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ