Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2022 02:32
Muğlada 28 yaşlı oğlunu boynundan və ürəyindən 3 güllə ilə vurub öldürən Hüseyn Karanın açıqlaması üzə çıxıb. Oğlunun evlənmək istədiyi qıza qarşı olduğunu və bu səbəbdən mübahisə etdiklərini izah edən 62 yaşlı ata oğlunun onu təhqir etməsindən sonra əsəblərini cilovlaya bilmədiyini bildirib.
Sonxeber.net haberler.com-a istinadən xəbər verir ki, Menteşe rayonunda baş verən hadisədə evlərinin bağçasında odun doğrayan Hüseyn Kara ilə oğlu Cavit Kara mübahisə edib. Baş verən davada Hüseyn Kara kəmərindən çıxardığı silahla oğlunu vurub. Hadisə yerinə gələn həkimlər Cavit Karanın boynuna və ürəyinə 3 güllə dəyərək dünyasını dəyişdiyini müəyyən edib.
Anar Əli