Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xocavənddə silah-sursat aşkar edilib - VİDEO

Xocavənddə silah-sursat aşkar edilib - VİDEO

Tarix: 17 Fevral 2022 11:32

İşğaldan azad edilmiş ərazilərdə erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində intensiv tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının bugünlərdə rayon ərazisində keçirdikləri nəzarət tədbirləri ilə erməni hərbi birləşmələrinə məxsus silah-sursat aşkar edilib.

Aşkar edilən 2 pulemyot, 1 avtomat, 1 "Faqot", 98 müxtəlif çaplı mərmi, 6290 müxtəlif çaplı patron və digər döyüş sursatı aidiyyəti üzrə təhvil verilib.

Milli.Az


Etiketlər:  Xocavənddə silah sursat aşkar edilib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ