Tarix: 5 Sentyabr 2019 21:20
“Zədədən sonra iki aydır məşq edirəm və sabahkı oyuna hazıram. Oyunöncəsi son məşqimizdir".Qol.az xəbər verir ki. bu sözləri U-21 millimizin üzvü Fərid Nəbiyev Avropa çempionatının seçmə mərhələsində Slovakiya ilə keçiriləcək oyun üçün təşkil edilən brifinqdə deyib.
Çexiyanın "Slaviya" klubunun B komandasında oynayan hücumçu meydana qələbə üçün çıxacaqlarını bildirib:"Çox istəkliyik və meydanda ən yaxşısını etməyə çalışacağıq. Təbii ki, meydana qələbə qazanmaq üçün çıxacağıq. Rəqibin oyununu izləmişik, informasiyamız var. Onların səhvlərindən maksimum istifadə etməyə çalışacağıq”.
Qeyd edək ki, sentyabrın 6-da “Dalğa Arena”da keçiriləcək Azərbaycan - Slovakiya matçı saat 20:30-da başlayacaq.