Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2022 09:54
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Aydın Abiyev vəfat edib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, alim 86 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, A.Abiyev 28 aprel 1936-cu ildə Lerik rayonunun Hiledərə kəndində anadan olub. O, orta məktəbi Biləsuvarda oxuduqdan sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinə qəbul olur. Abiyev 1957-1962-ci illərdə Şərqşünaslıq fakültəsinin türk şöbəsində təhsil alıb.
A.Abiyev əmək fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi kimi başlayıb. Daha sonra o, 1975-ci ildə baş elmi işçi olub. A.Abiyev 1978- 1981- ci illərdə Türkiyənin İsgəndərun şəhərində tərcüməçi kimi çalışıb. O, 1981-1992-ci illərdə yenidən Şərqşünaslıq İnstitutunun türk filologiyası şöbəsində baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb.