Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Erkən hamiləliklər qüsurlu doğulan körpələr, ana ölümləri deməkdir”

“Erkən hamiləliklər qüsurlu doğulan körpələr, ana ölümləri deməkdir”

Tarix: 18 Fevral 2022 17:48

Dünyaya uşaq gətirmək çox sevindirici hadisə olsa da, bir o qədər təhlükəli hətta ölümcüldür. Son zamanlar ölkəmizdə azyaşlı qızların doğuş zamanı həyatlarını itirməyi də böyük təhlükə və sual doğurur. Bəs ana olmaq hansı yaşda təhlükəsiz hesab edilir?

Sonxeber.net xəbər verir ki, uzman ginekoloq Rəşad Sultan sualımızı cavablandırıb. O, bizim.media-ya ana olmağın ideal yaş aralığını və doğuşda ölüm hadisəsinin baş vermə səbəblərini açıqlayıb:

"Hamiləlik və doğum qadın üçün həmişə ölümlə nəticələnə bilər. Əlbəttə ki, burada yaşın da rolu var. Ana olmağın ideal yaşı 20-35 yaş aralığıdır. Ana ölümünün çox səbəbi var və ümumi olaraq onları 2 qrupa bölmək olar: Hamiləliklə əlaqəli olanlar və erkən yaşda hamilə olmaq.15-17 yaşlı qızın doğuş yolları hələ tam inkişaf etmiş olmur və ana üçün doğuş travmatik keçə bilər. Bununla da ölüm ehtimalı artmış hesab olunur".

Doktor həmçinin erkən hamiləlikdə dünyaya gələn uşaqların qüsurlu və şikəst doğulma ehtimalını da diqqətə çatdırıb:

"Digər tərəfdən bizə ən çox problem yaradan məsələ 20 yaş aşağı hamiləliklərdə vaxtından qabaq doğuşun olma ehtimalının artmasıdır. Vaxtından tez edilmiş doğuşlar da dünyaya gələn körpənin qüsurlu və şikəst doğulmasının bir nömrəli səbəbidir.
Bunlar hər ikisi statistika ilə isbatını tapmış məsələlərdir. Ona görə də birmənalı şəkildə deyə bilərik ki, erkən hamiləliklər, yeni doğulmuşların ölüm faizində, qüsurlu doğumların və ana ölümlərinin baş verməsində başlıca səbəbidir".


Etiketlər:  Erkən hamiləliklər qüsurlu doğulan körpələr ölümləri deməkdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ