Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kiyev Donbasda hücumu inkar edib

Kiyev Donbasda hücumu  inkar edib

Tarix: 19 Fevral 2022 08:38

"Ukrayna Donetsk və Luqanskda hücum əməliyyatı etməyəcək".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukarayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov məlumat verib.

"Bu gün Donetsk və Luqansk vilayətlərinin ərazisindən vətəndaşların təxliyyəsi barədə xəbər yayıldı. Guya bizim hərbçilər Donetsk və Luqansk ərazilərini azad etmək üçün hücuma keçəcəklər. Bütün bunlar tamamilə həqiqətə uyğun deyil", - deyə Danilov bildirib.

O vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri hücum əməliyyatı keçirməyəcək, çünki bu, mülki əhalinin kütləvi ölümünə səbəb olacaq.

Bundan əvvəl analoji bəyanatla Ukrayna ordusunun baş komandanı Valeri Zalujnı da çıxış edib.

Milli.Az


Etiketlər:  Kiyev Donbasda hücumu inkar edib


RƏYLƏR