Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Salyanda ağır qəza, iki qardaş öldü

Salyanda ağır qəza, iki qardaş öldü

Tarix: 19 Fevral 2022 08:58

Salyanda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə Yenikənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Kia" markalı minik avtomobili ilə "Kamaz" markalı yük maşını toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü, 1985-ci il təvəllüdlü Asif Mirzəyev və qardaşı 1987-ci il təvəllüdlü Vasif Mirzəyev həlak olub.

Qəzada ölən qardaşlar Cəlilabadın Alar kəndinin sakinləri olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Salyanda ağır qəza iki qardaş öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ