Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Heç kim "genələ" və insanların hissi ilə oynaya bilməz" - Sənətçilər Manafa qarşı

Tarix: 19 Fevral 2022 16:05

Xəbər verdiyimiz kimi, müğənni Manaf Ağayev barəsində 15 sutka həbs qərarı verilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənət dostları onunla bağlı paylaşım edərək, yazılan tənqidi şərhlərə münasibət bildiriblər.

Aparıcı Sərxan Kərəmoğlu paylaşımında bunları qeyd edib:

"Qanun qarşısında hər kəsin boynu qıldan incədir. Heç kim "genələ" və insanların hissi ilə oynaya bilməz. Təbii ki, o torpaqlarda şəhid olan qardaşlarımızın ailələri də baxıb qıcıq ola bilər, minalardan təmizlənməyən yerlərdə partlayış da ola bilər. Mən qanunla tam razı...

Ancaq bəzi səhifələrdə yazılan fikirlərə münasibətim çox pisdir. Manaf özü, ya övladları özbaşına deyildi ki, vətən müharibəsi vaxtı əlinə silah alıb ön cəbhəyə getsin. Bu dövlət qanunlarla idarə olunur və ordumuz düzgün döyüş sayəsində qalib olub. Manafın atılan dırnağı olmayanların əlinə fürsət düşüb, yazın ağzınıza gələni... Manafın ailəsinə isə bu günlərdə dözüm arzu edirəm".

Müğənni Elçin Hüseynov da yazılan tənqidlərə reaksiya verərək bunları əlavə edib:

"Sosial şəbəkələri izləyirəm. Manaf Ağayev və dostumuz Sənan Hüseynov barədə yazılan yazıları görürəm. Bir çox izləyicilər ağızlarına gələni yazıblar. Manaf da, Sənan da bizim düşmənimiz deyil. Azərbaycan xalqının dəyərli oğullarıdır. Neqativ rəy yazanlar, sizə eyib olsun. İçinizdəki insanlıq hissi ölüb? Onların da ailəsi, övladları yaxınları var. Birinə bir təhqir yazanda düşünün özünüz kimsiz? Tamam, anlayırıq ki,
qanun hamı üçün qanundur. Manaf Ağayev illərin sənətkardır".

Müğənni Fədayə Laçın isə M.Ağayevlə bağlı "Eşitdim və məyus oldum. Eybi yox, Manaf, kişinin başına iş gələr. Allah kömək olsun. Əslində Manaf ağır bir cinayət törətməyib, amma qaydaları da pozmaq olmazmış. Allah cəmi azadlığa layiq olanların qapısını açsın" sözlərini paylaşıb.

Xatırladaq ki, Manaf Ağayev və Sənan Hüseynov bahalı avtomobillə Füzuliyə gedib. İfaçı Füzuli aeroportunda çəkilən videonu sosial şəbəkə hesabında yayımlayıb. Az keçmədən müğənni paylaşımını silib. Videoda M.Ağayevin avtomobilinin yanında yer alan 10-AA-307 seriyalı digər maşının sahibinin əslən Füzulidən olan iş adamı Sənan Hüseynov olduğu bildirilib. 

Milli.Az


Etiketlər:  Heç kim genələ insanların hissi ilə oynaya bilməz Sənətçilər Manafa qarşı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ