Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu dəfə aldığı otellə gündəmə gəldi

Bu dəfə aldığı otellə gündəmə gəldi

Tarix: 19 Fevral 2022 18:12

Milyarder Roman Abramoviç bu dəfə aldığı otellə gündəmə gəlib.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, dənizdən 100 metr aralıda yerləşən hotel Rusiyanın Gelencik ərazisindədir. İş adamı bu ərazidə bir çox məkanları alıb, istirahət mərkəzi qurmağı planlaşdırır.

Abramov dekabrda da həmin yerdə 400 milyon rubl dəyərində "Spartak" stadionunu satın alıb. İş adamının növbəti planı isə orada yerləşən şərab zavodunu satın almaqdır. Hazırda bununla bağlı danışıqlar aparılır.

Qeyd edək ki, Abramovun sərvəti hazırda 14,5 milyard dollar dəyərindədir. "Forbes"in siyahısına görə o, Rusiyanın ən varlı şəxsləri siyahısında 12-ci yerdədir.


Etiketlər:  dəfə aldığı otellə gündəmə gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ