Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2022 15:08
Avropa ölkələrində yeraltı qaz anbarlarında yay aylarında toplanmış ehtiyatın 91 faizi istifadə olunub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "Gas Infrastructure Europe" təşkilatı bildirib. Qeyd olunur ki, aktiv qaz ehtiyatlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 23 faiz və 9,9 milyard kubmetr azdır. Hesabata əsasən, eyni zamanda Avropanın yeraltı qaz anbarlarında doluluq səviyyəsi 33 faizdən aşağı düşüb. Ötən ayın sonunda bu göstərici 40 faizə yaxın idi.